<span style="color:red;">Topaz Premyer Liqası  <b>XXIV turun nəticələri</b>
01 mart 2014 01:46 (UTC +04:00)

Topaz Premyer Liqası XXIV turun nəticələri

 

 

Bu gün Topaz Premyer Liqasında XXIV turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ərəfəsində baş tutacaq turun bütün matçları eyni günə təsadüf edib.

 

İlk görüş Bakıda baş tutub. Paytaxtın eyni adlı klubu öz meydanında autsayder “Sumqayıt”ı sınağa çəkib. 2014-də uğurlu başlayaraq 3-cü pilləyə irəliləyən Milinko Pantiçin komandası zəif rəqibi qarşısında büdrəyib – 0:0.

 

Bundan 1 saat sonra start götürən qarşılaşma isə əyalətdə keçirilib. “Qəbələ” səfərdə “Simurq”la üz-üzə gəlib. Lider “Qarabağ”la aradakı xal fərqini azaltmaq istəyən Yuri Syominin yetirmələri bu matça meydandan qolsuz heç-heçə ilə ayrılıblar.

 

Son 5 turda meydanı qolsuz və xalsız tərk etməyən “İnter” isə çətin Lənkəran səfərində mübarizə aparıb. Liderlər qrupundan uzaq düşmək istəməyən “bankirlər” bu oyun üçün iddialı idi. Lakin “Xəzər Lənkəran” isə doğma azarkeşlərinin də dəstəyi ilə rəqibi məyus yola salmaq istəyirdi. Amma bu oyunda qalib müəyyənləşməyib və tərəflər hərəyə 1 qolla kifayətlənib – 1:1.

 

Həftənin ən maraqlı oyunu isə “Bakcell Arena”da keçirilib. Bütün çempionatların iştirakçısı olan iki komanda – “Neftçi” və “Qarabağ” növbəti duelinə çıxıb. Ardıcıl 4 turdur qələbə həsrətində olan son çempion “Neftçi” ötən 4 oyunda da məğlub olmayan Ağdam klubu ilə münasibətlərinə aydınlıq gətirib. Oyun qonaqların 1:4 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Qurban Qurbanovun komandası ən yaxın təqibçisi ilə aradakı fərqi 6-ya çatdırıb və zirvədəki yerini daha da möhkəmləndirib.

 

Turun sonuncu matçı da paytaxtda keçirilib. Turnir cədvəlinin son pilləsində yer alan “Rəvan” evdə AZAL-ı qonaq edib. Rəqibini 1:0 hesabı ilə məğlub edən Güvənc Kurtarın komandası 18 turdan sonra qələbə sevinci yaşayıb. 

 

 

Topaz Premyer  Liqası 

XXIV tur

28 fevral (cümə)

“Rəvan” – AZAL - 1:0

Qol: Miloş Adamoviç, 76

Qırmızı vərəqə: Cəmşid Məhərrəmov, 46 - Junior Ailton, 75, Viktor İqbekoyi, 84
İlk iki dövrədəki oyunlar: 0:0, 1:2
“Bayıl Arena” stadionu

“Rəvan”: 85. Kamal Bayramov, 21. Novruz Məmmədov, 28. Boyan Markoviç, 4. Mİtya Moreç, 8. Julio Sezar, 30. Cəmşid Məhərrəmov, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 9. Elnur Abdulov, 18. Oke Akpoveta, 20. Miloş Adamoviç
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 40. Mişel Balokoq, 14. Xuan Manuel Varea, 24. Yamin Ağakərimzadə, 6. Ceyhun Cavadov, 25. Ayaz Mehdiyev, 7. Elvin Həsənəliyev
Baş məşqçi: Güvenc Kurtar

AZAL: 1. Ruslan Məcidov, 4. Junior Ailton, 15. Oskars Klava, 28. Emin Cəfərquliyev, 32. Laşa Kasradze, 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 10. Con Oluremi, 7. Cavid Tağıyev, 27. Rəşad Abdullayev, 89. Nedo Turkoviç
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 23. Tural Nərimanov, 26. Kərim Diniyev, 5. Murad Ağayev, 8. Qərib İbrahimov, 31. Şəhriyar Rəhimov, 22. Axtam Xamroqulov
Baş məşqçi: Vaqif Sadıqov



“Neftçi” – “Qarabağ” - 1:4
Qollar: Mirhüseyn Seyidov, 83 - Leroy Corc, 24; Reynaldo Silva, 30, 68, 86
Qırmızı vərəqə: Araz Abdullayev, 63
İlk iki dövrədəki oyunlar: 0:0, 1:3
“Bakcell Arena” stadionu

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 14. Bahodır Nasimov, 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov
Baş məşqçi: Böyükağa Hacıyev

“Qarabağ”: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Marinaldo Silva
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Ulrix Kapolonqo, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 19. Jaba Dvali
Baş məşqçi: Qurban Qurbanov




“Xəzər Lənkəran” – “İnter” - 1:1
Qollar: Tieqo de Xesus, 45 -  Baçana Sxadadze, 34 (pen.)
İlk iki dövrədəki oyunlar: 0:1, 0:0
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 2. Slavik Alxasov, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tieqo de Xesus, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev (k), 12. Junior Nildo, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov, 30. Elias Ribeiro
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 8. Dejan Blajevski, 9. Orxan Əliyev, 11. Zohair Benouahi, 16. Adrian Pit, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov
Baş məşqçi: Mustafa Dənizli

“İnter”: 1. Giorgi Lomaya, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Yohan Bokonyano, 20. Brüs Abdulaye, 28. Baçana Sxadadze, 33. Matija Spiçiç, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 96. Elşən POladov, 5. Slavço Georgiyevski, 9. Aleksandr İaşvili, 12. İvo Taborski, 14. İlqar Ələkbərov, 21. Arif Daşdəmirov, 27. Dieo Madriqal
Baş məşqçi: Kaxaber Sxadadze



“Simurq” – “Qəbələ” - 0:0
İlk iki dövrədəki oyunlar: 0:0, 1:2
Zaqatala şəhər stadionu

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 30. Raul Kostin, 77. Nicat Qurbanov
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 7. Ruslan Poladov, 9. Mindauqas Kalonas, 21. Murad Səttarlı, 22. Salif Ballo
Baş məşqçi: George Çixradze

“Qəbələ”: 1. Kamran Ağayev, 3. Nikola Valentiç, 6. Volodimir Levin (k), 9. Viktor Mendi, 10. Luis Hilario, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 4. Amid Quluzadə, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 11. Yannik Kamanan, 22. Lourival Assis, 34. Ürfan Abbasov
Baş məşqçi: Yuri Syomin



“Bakı” – “Sumqayıt” - 0:0
Qırmızı vərəqə: Nodar Məmmədov, 60
İlk iki dövrədəki oyunlar: 1:0, 2:1
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

“Bakı”: 1. Aqil Məmmədov, 12. Araujo Santos, 3. Yure Travner, 5. Ruben Qonzalez, 4. Mario Alvarez, 6. Vadim Abdullayev, 23. Lukas Mario Horvat, 8. Cavid Hüseynov, 16. Xavyer Junior, 10. Aleksandar Soliç, 11. Rauf Əliyev (k)
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 21. Elvin Məmmədov, 20. Tural Qürbətov, 22. Namiq Ələsgərov, 17. Risto Ristoviç, 24. Georgios Pelagias, 7. Əfran İsmayılov
Baş məşqçi: Milinko Pantiç

“Sumqayıt”: 63. Şahruddin Məhəmmədliyev, 2. Şəhriyar Xəlilov, 9. Tərzin Cahangirov, 10. Uğur Pamuk, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k), 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Kamil Hüseynov, 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu, 14. Məhəmməd Qurbanov, 21. Məhəmməd Mirzəbəyov, 25. Fərid Kərimzadə
Baş məşqçi: Aqil Məmmədov

 

 

komanda

o

q

h

m

t

x

1

Qarabağ

24

14

7

3

40-14

49

2

Qəbələ

24

13

4

7

34-21

43

3

Bakı

24

12

5

7

40-23

41

4

İnter

24

11

6

7

36-27

39

5

Neftçi

24

11

6

7

35-31

39

6

Xəzər L

24

7

10

7

25-33

31

7

Simurq

24

7

9

8

23-19

30

8

AZAL

24

6

8

10

24-34

26

9

Rəvan

24

2

8

14

13-42

14

10

Sumqayıt

24

2

7

15

16-42

13


​​​Bombardirlər: Vaqif Cavadov (“İnter”), Reynaldo (“Qarabağ”) – 11.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949

Oxşar yazılar