Messi: "Bütün rekordlarımı qurban verərdim"
12 iyul 2014 18:24 (UTC +04:00)

Messi: "Bütün rekordlarımı qurban verərdim"

Argentina millisinin hücumçusu Lionel Messi "DÇ-2014"ün finalında qarşılaşacaqları Almaniya ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.

Lent.az-ın qol.az-a istinadən məlumatına görə, "Bild" qəzetinə danışan Messi indiyə kimi əldə etdiyi bütün rekordları dünya kubokunu qazanmaq üçün qurban verməyə hazır olduğunu bildirib:

"İndiyə kimi qazandığım bütün rekordları dünya çempionu olmaq üçün verərdim. Çünki mən dünya çempionu olmağı "Qızıl top" mükafatından üstün tuturam. Futbolçu kimi dünya çempionu olmaq böyük uğurdur. Sən bunu gənc yaşlarından xəyal edirsən və həmin arzu səni heç vaxt tərk etmir. "Barselona"da komanda yoldaşlarım - Xavi, İniyesta və Pikedən dünya kubokunu qazanmağın necə hiss olması ilə bağlı soruşdum. Ancaq onlar bunun sözlə ifadə edilməsinin çətin olduğunu söylədilər. Biz də Argentina millisi ilə bu xəyalı gerçəkləşdirmək üçün hər şeyi edəcəyik".

Qeyd edək ki, Almaniya - Argentina oyunu sabah gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2509
avatar

Oxşar yazılar