<span style="color:red;"><b>ÇL:</b>  <b>Daha iki klub ¼ finalda</b>
08 mart 2018 01:47 (UTC +04:00)

ÇL: Daha iki klub ¼ finalda

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçirilib. Apasport.az saytının məlumatına görə, gecənin hər iki görüşü İngiltərədə baş tutub.

 

Premyer Liqada çempionluğa doğru inamla irəliləyən “Mançester Siti” “Bazel”lə qarşılaşıb. Cütün taleyi İsveçrədə həll olunduğundan bu qarşılaşma formal xarakter daşıyıb. Meydana əsasən, əvəzedicilərdən ibarət komanda çıxaran Xosep Qvardiola yekunda məğlub olsa da, mərhələni keçməyi bacarıb - 1:2.

 

“Tottenhem” isə çətin sınaqdan üzüağ çıxa bilməyib. ÇL-in son finalçısı “Yuventus”la qarşılaşan londonlular doğma meydan amili və səfərdə vurduqları iki qola rəğmən yekunda üzülməli olub. Alleqrinin komandası 2:1 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.

 

 

Çempionlar Liqası

 

1/8 final (cavab oyunları)

 

7 mart

 

“Mançester Siti” (İngiltərə) – “Bazel” (İsveçrə) - 1:2

 

Qollar: Jesus, 8 - Elyunusi, 17, Lanq, 72

 

İlk oyun – 4:0

 

 

“Tottenhem” (İngiltərə) – “Yuventus” (İtaliya) - 1:2

 

Qollar: Son, 39 - İquayn, 63, Dibala, 65

 

İlk oyun - 2:2

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar