"Çelsi"nin kapitanından sensasion addım
21 aprel 2013 02:07 (UTC +04:00)

"Çelsi"nin kapitanından sensasion addım

Londonun “Çelsi” komandasının kapitanı Con Terri Londonda Çempionlar Liqasının trofeyinin onun indiki sahiblərindən UEFA-ya təhvil verilməsi mərasimində Futbol Assosiasiyasının prezidenti Devid Bernsteynin əlini sıxmaqdan imtina edib. Bu barədə AzərTAc xarici KİV-lərə istinadən xəbər verir. Məmur mərasimdə iştirak edən bütün “aristokratları” salamlayıb, Terri ilə üzbəüz durduqda isə futbolçu Assosiasiyanın rəhbərinə məhəl qoymayıb.

 


Çox güman ki, müdafiəçinin hərəkəti keçənilki hadisələrlə bağlıdır: o zaman FA-nın Conu kapitanlıqdan məhrum etmək cəhdi italyan məşqçi Fabio Kapellonun istefasına, sonra isə Terrinin beynəlxalq karyerasının bitməsinə gətirib çıxarmışdı.
Baş vermiş hadisədən sonra futbol funksioneri deyib: “Mən hətta heç nə hiss etmədim. Burada toplaşanların hamısı ilə münasibətlərim əladır. Düşünürəm ki, belə boş şeylərdənsə, daha pozitiv şeylərdən danışmalıyıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2673
avatar

Oxşar yazılar