“Çelsi” Kolumbiya millisinin və “Fiorentina”nın futbolçusu Kuadradonu transfer etməyə çox yaxındır.
Lent.az-ın sports.ru-ya istinadən verdiyi məlumata görə, London klubunun rəhbərliyi futbolçu ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. "Zzadəganlar" futbolçunun keçidi müqabilində “Fiorentina”ya 33,4 milyon avro ödəyəcək. Ehtimal edilir ki, Məhəmməd Sallah da İtaliya klubuna icarəyə verilsin.
BBC xəbər verir ki, Kuadrado bu gün Londona gələcək.