"Bu məsələni gələn mövsümə saxlamayacağıq"
18 aprel 2013 15:23 (UTC +04:00)

"Bu məsələni gələn mövsümə saxlamayacağıq"

“Bizə təqdim olunan baş məşqçilər çoxdur. Amma başqa ölkələrdə nailiyyətlər əldə etmiş mütəxəssis axtarırıq”. Lent.az-ın məlumatına görə, bunu “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.


O bildirib ki, mümkün namizədlərin siyahısı artıq hazırdır. Son sözü isə klub prezidenti Tale Məmmədov deyəcək: “Biz bu məsələni növbəti mövsümə saxlamaq fikrində deyilik. Gələn həftəyədək danışıqları yekunlaşdırıb açıqlama verəcəyik. Növbəti mövsümdə klubumuz öz sözünü deməyə borcludur”.

Qeyd edək ki, Ramiz Məmmədovun istefasından sonra baş məşqçi postu əvəzedici komandada çalışmış Luis Araqona tapşırılıb.

# 821
avatar

Oxşar yazılar