"Boavişta" Kamran Ağayevin yerinə qapıçı aldı
04 yanvar 2017 12:44 (UTC +04:00)

"Boavişta" Kamran Ağayevin yerinə qapıçı aldı

 

Kamran Ağayev və Emin Mahmudovun komandası “Boavişta” heyətini gücləndirib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Portuqaliya klubu yeni qapıçı transfer edib.

 

Kamran Ağayevin bir nömrəli dəri əlcək sahibi olduğu “Boavişta” “Muskron”da çıxış edən Vaqner da Silva ilə anlaşıb. Klublar arasında razılığa əsasən 30 yaşlı braziliyalı qolkiper cari mövsümün sonuna qədər “Boavişta”da icarə əsasında çıxış edəcək.

 

Bu keçid, bəlkə də, tez-tez Azərbaycana qayıtmaq istədiyini bildirən Kamran Ağayevin yolunu açmaq üçün reallaşıb. Hər halda Ağayev “Boavişta”da qalmasa, ikinci dövrədən etibarən çərçivə Vaqnerə həvalə ediləcək.

 

Qeyd edək ki, 2010-cu ildən karyerasını Portuqaliyada davam etdirən Vaqner da Silva 5 il “Eştoril”də çıxış etdikdən sonra 2015-ci ildə “Muskron”a keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

ApaSport TV

Oxşar yazılar