"Beşiktaş" yenidən Quaresmanı transfer etdi
18 iyul 2015 12:01 (UTC +04:00)

"Beşiktaş" yenidən Quaresmanı transfer etdi

0

 

“Beşiktaş” keçmiş portuqaliyalısını geri qaytarıb. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Rikardo Quaresma yenidən “Beşiktaş”a qayıdıb.

 

“Porto”nun oyunçusu ilə artıq 2 illik ön müqavilə imzalanıb. Oyunçunun bazar ertəsi günü İstanbula gələcəyi və tibbi baxışdan keçərək rəsmi müqavilə imzalayacağı bildirilib.

  

Qeyd edək ki, 31 yaşlı futbolçu 2010-2012-ci illərdə “Beşiktaş”da çıxış edib. Bu müddətdə o, 46 oyunda meydana çıxıb və 8 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar