Benzema haqqında daha bir şok iddia
18 mart 2016 22:49 (UTC +04:00)

Benzema haqqında daha bir şok iddia

“Real”ın hücumçusu Kərim Benzemanın başı dərddən açılmır.

 

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl milli komanda yoldaşı Metyu Valbuenanı şantaj etmək iddiası ilə haqqında məhkəmə açılan fransız hücumçu haqqında yeni iddialar gündəmə gəlib.

 

Fransanın “Liberation” qəzeti iddia edir ki, Benzemanın şəriki olduğu bir şirkət “çirkli pulların yuyulması”nda iştirak edir. Hətta bununla bağlı iki ay əvvəl ulduz oyunçunun ifadəsinə də baş vurulub.

 

Bildirilir ki, ərəb əsilli fransız oyunçu 2.5 milyon dollara aldığı restorandan “çirkli pulların yuyulması” üçün istifadə edirmiş.

 

Qeyd edək ki, iddialar hələ ki, rəsmi təsdiqini tapmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339

Oxşar yazılar