"Bavariya" təkzib etdi, "Mançester Siti" təsdiqlədi
13 oktyabr 2014 16:19 (UTC +04:00)

"Bavariya" təkzib etdi, "Mançester Siti" təsdiqlədi

“Arsenal”ın futbolçusu Məsud Özilin adı yenidən müxtəlif klublarla birgə hallanmaqdadır. Lent.az-ın məlumatına görə, Türkiyə əsilli alman yarımmüdafiəçinin adı bir müddət öncə “Bavariya” ilə çəkilsə də, Münhen klubunun rəhbərliyi Özillə maraqlanmadığını bəyan edib. İndi isə Məsudun “Mançester Siti” ilə danışıq apardığı haqda məlumat yayılıb. 26 yaşlı yarımmüdafiəçiyə “elçi düşdüyünü” Premyer Liqa klubu da təsdiqləyib.

 

Özilin gələn ilin əvvəlindəcə “şəhərlilər”ə transfer olunmaq ehtimalı yüksək dəyərləndirilir. 

 

Qeyd edək ki, keçən il Madrid "Real"ından "Arsenal"a transfer olunan Məsud Özil bir neçə gün əvvəl ciddizədələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Tengiz Məmmədov

Oxşar yazılar