"Barselona"nın yeni transferi o oldu
08 iyun 2016 13:50 (UTC +04:00)

"Barselona"nın yeni transferi o oldu

“Barselona” yay fasiləsində ikinci transferi həyata keçirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu “Sevilya”nın sağ cinah müdafiəçisi Mariano ilə anlaşıb.

 

“Vilyarreal”dan Denis Suaresi transfer edən İspaniya çempionu Marianonun keçidi müqabilində pul xərcləməyib. 30 yaşlı braziliyalı “Barsa”dakı həmyerlisi Duqlasla dəyişdirilib. Klublar bu dəyişikliklə bağlı artıq razılıq əldə ediblər.

 

Qeyd edək ki, “Sevilya” Marianonu ötən il “Bordo”dan 3,5 milyon avroya transfer etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar