Bakının 167 nömrəli tam orta məktəbin III sinif şagirdi Rahim İsmayılov Gürcüstanın Batumi şəhərində karate idman növü üzrə keçirilən dünya çempionatında I yerin sahibi olub. Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, Rahim İsmayılov erməni idmançısını 10:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, R. İsmayılov dəfələrlə beynəlxalq yarışlarda iştirak edərək parlaq uğurlar qazanıb, Azərbaycanı layiqincə təmsil edib. O, karate idman növü üzrə Ukraynada keçirilmiş VIII dünya kubokunda I, İranda təşkil olunmuş dünya çempionatında III yerə layiq görülüb. Türkiyədə keçirilmiş VII dünya kubokunda isə 25 kq çəki dərəcəsində III yeri tutub.
R. İsmayılov ölkə səviyyəli yarışlarda da bir sıra ciddi nailiyyətlər əldə edib. İsmayıllıda keçirilən Azərbaycan çempionatında II, Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş klublararası Respublika turnirində isə I yerə layiq görülüb.
R. İsmayılov 2014-cü ildən “Əlincə” İdman Klubunda məşqçi Elşən Xamoyevin qrupunda şotokan karate idman növü ilə məşğul olur