İspaniyanın "Atletik" futbol klubunun yarımmüdafiəçisi Raul Qarsiya Bilbaoda ürəyindən əməliyyat olunub.
APA-nın məlumatına görə, bu barədə “Marca” idman nəşri xəbər verib.
Məlumata əsasən, bundan əvvəl 31 yaşlı futbolçuya ürək ritminin pozulması diaqnozu qoyulub.
Həkimlər R.Qarsiyada ürək anomaliyasını ilk dəfə 2016-cı ildə aşkar edib və məşqlərin intensivliyini azaldıblar. Buna baxmayaraq 2016/17-ci illər mövsümündə Raul Qarsiya 48 matçda iştirak edib və 14 qol vurub.
Qeyd edək ki, Raul Qarsiya əvvəllər “Osasuna” və Madrid “Atletiko”sunun şərəfini qoruyub.