<b>Məşhur futbolçular vergidən yayınmaqda şübhəli bilinir</b> - <span style="color:red;">YENİLƏNİB
03 dekabr 2016 05:32 (UTC +04:00)

Məşhur futbolçular vergidən yayınmaqda şübhəli bilinir - YENİLƏNİB

0

Bir sıra məşhur futbolçu vergidən yayınmaqda şübhəli bilinir.

 

APA-nın xəbərinə görə, bu barədə “Der Spiegel” nəşri yazıb.

 

Məlumata görə, Almaniya yığmasının yarımmüdafiəçisi  Məsut Özil, Portuqaliya millisinin müdafiəçiləri Pepe və Rikardu Karvalyu, məşhur kolumbiyalılar Hames Rodriqes və Radamel Falkao vergidən yayınmaqda şübhəli bilinirlər.

 

Qeyd olunur ki, Özildən başqa adıçəkilən futbolçular tanınmış futbol agenti Jorj Mendeşin müştəriləridir. İddiaya əsasən, fırıldaqçılıq sxeminin müəllifi məhz J.Mendeşdir.

 

Bundan əvvəl “Der Spiegel” Kriştianu Ronaldunun iri məbləğdə vergidən yayınmasına dair məlumat yayıb. Məlumata görə, K. Ronaldu Britaniya Vircin adaları və İsveçrədəki ofşorlar vasitəsi ilə  150 milyon avronu vergidən gizlədib.

 

***

 

Madridin “Real” klubu və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu vergidən yayınmaqda şübhəli bilir.

 

APA-nın xəbərinə görə, bu barədə “Spiegel” yazıb.

 

Məlumata görə, K. Ronaldu Britaniya Vircin adaları və İsveçrədəki ofşorlar vasitəsi ilə  150 milyon avronu vergidən gizlədib.

 

Araşdırmanın müəllifləri Avropada fəaliyyət göstərən, müasir futbolda maliyyə fırıldaqlarını ifşa edən  “Footbal Leaks” birliyinin üzvləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar