Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın VI turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vladimir Kramniklə üz-üzə gəlib.
Son 4 turda heç-heçə ilə kifayətlənən həmyerlimiz 2-ci pilləyə şəriki olan rusiyalıya qarşı ağ fiqurlarla oynayıb. Fabiano Karuananın bu turda Aleksandr Qrişukla heç-heçə etməsi Məmmədyarova liderliyə şərik olmaq imkanı yaradıb. Gecə saatlarına qədər davam edən görüş həmyerlimizin qələbəsi ilə nəticələnib. Bununla xallarının sayını 4-ə çatdıran Şəhriyar Karuana ilə birlikdə turnir cədvəlinə başçılıq edir.
Qrossmeysterlər sabah istirahət edəcəklər. Şəhriyar Məmmədyarov növbəti tur çərçivəsində martın 18-də Aleksandr Qrişukla üzə-üzə gələcək.
İddiaçılar turniri
VI tur
Liren Dinq (2769, Çin) - Sergey Karyakin (2763, Rusiya) - 0,5:0,5
Fabiano Karuana (2784, ABŞ) - Aleksandr Qrişuk (2767, Rusiya) - 0,5:0,5
Uesli So (2799, ABŞ) - Levon Aronyan (2794, Ermənistan) - 1:0
Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Vladimir Kramnik (2800, Rusiya) - 1:0
Turnir cədvəli: Karuana, Məmmədyarov – 4 xal; Kramnik, Dinq, Qrişuk - 3; Aronyan, So – 2,5; Karyakin – 2