[b]Luiş Fiqu: "Bakıda möhtəşəm final olacaq, qaçırmayın" - VİDEO[/b]
24 may 2019 15:46 (UTC +04:00)

[b]Luiş Fiqu: "Bakıda möhtəşəm final olacaq, qaçırmayın" - VİDEO[/b]

Məşhur portuqaliyalı futbolçu Luiş Fiqu mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı sosial şəbəkələrdə video paylaşıb.
 
ONA-nın məlumatına görə, keçmiş futbolçu Bakıda keçiriləcək final oyununda özünün də iştirak edəcəyini bildirib.
 
"Əziz dostlar, beş gündən sonra Bakıda möhtəşəm final keçiriləcək. Mən də orada olacağam. Bunu qaçırmayın",- deyə L. Fiqu vurğulayıb.
 
Qeyd edək ki, Bakıda keçiriləcək finalda Londonun "Çelsi" və "Arsenal" komandaları qarşılacacaq.
# 1198
avatar

Oxşar yazılar