İngiltərədə iki futbol klubunun azarkeşləri arasında dava düşüb.
APA-nın məlumatına görə, İngiltərə Liqa Kubokunun 4-cü mərhələsinin oyununda Londonun “Vest Hem” və “Çelsi” klubları qarşılaşıb. Qarşılaşma “Vest Hem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun son dəqiqələrində iki klubun fanatları plastik oturacaqları sındıraraq, bir-birilərinə atıblar. Daha sonra dövrəyə butulkalar, dəmir pullar da girib. Vəziyyət stüardların nəzarətindən çıxıb və toqquşmalar baş verib.
Fanatları polis qüvvələrinin səyi nəticəsində sakitləşdirmək mümkün olub.