“Milan”ın baş məşqçisi Filippo İndzaqi azarkeşlərin yenidən onlara inanması üçün əlindən gələni edəcəyini bildirib. Apasport.az saytının məlumatına görə, İndzaqi Milan klubunun “Atletiko Madrid”dən örnək götürəcəyini vurğulayıb.
Baş məşqçi onu çətin seçim gözlədiyini bildirib: “Əsas heyətə düşməyən futbolçular mənim haqsız olduğumu işləri ilə sübut etməlidirlər. “Milan” formasını daşımaq böyük şərəfə çevrilməlidir. Hazırda komandanın düşdüyü vəziyyət məni bir qədər də ruhlandırır. Bilirəm ki, əgər özünü tam olaraq işə həsr etsən, mütləq mükafatını alacaqsan. Azarkeşlər məqsədə çatmaq üçün döyüşən və hər şeyi edən komandanı mütləq görəcəklər. Görək, bu, kifayət edəcəkmi. Bizim məqsədimiz azarkeşləri “San-Siro”ya qaytarmaq və bizə olan inamı bərpa etməkdir. Biz çalışan və çox şeyi əldə etməyi qarşısına məqsəd qoyan “Atletiko Madrid”dən nümunə götürəcəyik”.