[b]İdmançımız erməni rəqibini nokauta saldı[/b]
06 noyabr 2016 16:36 (UTC +04:00)

[b]İdmançımız erməni rəqibini nokauta saldı[/b]

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.

 

Federasiyadan APA-ya verilən məlumata görə, Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnir keçirilib.

 

Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov elə birinci raundda Cioran Apuyepyanı nakauta salaraq qələbə qazanıb.

 

Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312
avatar

APA Baycan

Oxşar yazılar