FİFA 2026-cı il dünya çempionatını keçirmək üçün 2 ərizəni təsdiqləyib.
Lent.az-ın "qol.az"a istinadən məlumatına görə, qərar Moskvada keçirilən FİFA Şurasının iclasında verilib. ABŞ-Meksika-Kanada üçlüyünün birgə və Mərakeşin fərdi namizədliyi qeydə alınıb.
Qurumun prezidenti Canni İnfantino bildirib ki, namizədliyin irəli sürülməsi prosesində pozutu qeydə alınmayıb. DÇ-2026 uğrunda mübarizənin qalibi iyunun 13-də Moskvadakı Konqresdə açıqlanacaq.
Qeyd edək ki, DÇ-2026-nın final mərhələsində ilk dəfə 48 ölkə iştirak edəcək.