![[b]DÇ-2022-də iştirakçı sayı dəyişdirilməyəcək[/b]](https://lent.az/storage/news/2019/may/23/big/95d0826520fc4dbca75e2575ce5470a9.jpg)
[b]DÇ-2022-də iştirakçı sayı dəyişdirilməyəcək[/b]
2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayı dəyişdirilməyəcək.
ONA-nın məlumatına görə, mundialda son çempionatlarda olduğu kimi yenə 32 komanda mübarizə aparacaq.
Bu barədə qərarı FİFA qəbul edib. Qurum iştirakçıların sayının 48-ə çatdırılması növbəti yarışa qədər təxirə salıb.
FİFA belə qənaətə gəlib ki, Qətər ev sahibliyi edəcəyi mundialda oyun sayının artırılmasına hazırlığı çatdıra bilməyəcək. Assosiasiya DÇ-2022-nin bəzi oyunların digər ölkədə keçirilməsi ideyasından da imtina edib.
Bir müddət əvvəl FİFA prezidenti Canni İnfantino Qətərdəki çempionatda iştirakçı sayının artırılması ehtimalının olduğunu, bəzi matçların qonşu ölkələrdə baş tutmasının mümkünlüyünü qeyd etmişdi. O bildirib ki, yeniliklər ən geci DÇ-2026-da qüvvəyə minəcək.
Qeyd edək ki, 32 komandanın iştirakı ilə mövcud olan hazırkı format DÇ-1998-dən qüvvədədir.
Oxşar yazılar

"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33