Bu gün Lüksemburqda voleybol üzrə DÇ-2018-in ikinci seçmə mərhələsinin püşkü atılıb.
Apasport.az-ın Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən məlumatına görə, qadın və kişilərdən ibarət milli komandamızın da rəqibləri müəyyənləşib.
Belə ki, qadınlardan ibarət yığmamız E qrupunda Hollandiya, Ukrayna, İsrail, Danimarka və Norveçlə mübarizə aparacaq. Bu qrupun bütün görüşləri 30 may 4 iyun 2017-ci il tarixləri arasında Azərbaycanda keçiriləcək.
Digər qruplar aşağıdakı kimi formalaşıb.
A qrupu: Xorvatiya (ev sahibi), Rusiya, Macarıstan, Yunanıstan, Avstriya, Gürcüstan
B qrupu: Polşa (ev sahibi), Serbiya, Çexiya, Slovakiya, Kipr, İslandiya
C qrupu: Bolqarıstan (ev sahibi), Türkiyə, Rumıniya, İsveçrə, Monteneqro, Kosovo
D qrupu: Belçika (ev sahibi), İtaliya, Belarus, İspaniya, Latviya, Bosniya və Hersoqovina
E qrupu: Azərbaycan (ev sahibi), Hollandiya, Ukrayna, İsrail, Danimarka, Norveç
F qrupu: Portuqaliya (ev sahibi), Almaniya, Fransa, Finlandiya, Sloveniya, Estoniya
Kişi voleybolçularımızın rəqibləri isə Fransa, Almaniya, Türkiyə, Ukrayna və İslandiya olacaq. Bu komandalar arasındakı mübarizə 23-28 may tarixləri arasında Fransada keçiriləcək.
Digər qrupların tərkibi isə belədir:
A qrupu: Fransa (ev sahibi), Almaniya, Türkiyə, Ukrayna, Azərbaycan, İslandiya
B qrupu: Hollandiya (ev sahibi), Slovakiya, Yunanıstan, Avstriya, Lüksemburq, Moldova
C qrupu: Sloveniya (ev sahibi), Belçika, Portuqaliya, Latviya, İsrail, Gürcüstan
D qrupu: Estoniya (ev sahibi), Rusiya, Monteneqro, Rumıniya, Macarıstan, Kosovo
E qrupu: Xorvatiya (ev sahibi), Serbiya, Belarus, Danimarka, İsveçrə, Norveç
F qrupu: Çexiya, Finlandiya, İspaniya, İsveç, Kipr, Şimali İrlandiya