“İnter” Peşəkar İdman Klubunun prezidenti istefa verib.
Lent.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
Məlumatda qeyd edilib ki, klubun prezidenti Rəşad Qasımov öz xahişi ilə tutduğu vəzifədən azad edilib. “İnter” PİK-in rəhbərliyinin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub.
Qeyd edək ki,"Beynəlxalq Bank"ın rəsmi sponsorluq etdiyi "İnter" klubunun prezidenti Rəşad Qasımov mətbuatda Cahangir Hacıyevin kadrı kimi tanınıb.