<b>Azərbaycanda oynamış futbolçuya ömürlük cəza</b>
11 fevral 2017 01:32 (UTC +04:00)

Azərbaycanda oynamış futbolçuya ömürlük cəza

0

Vaxtı ilə Azərbaycan klublarında çıxış etmiş Sergey Artyux ömürlük cəzalanıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, bu qərarı Ukrayna Futbol Federasiyası Nizam İntizam Komitəsi verib.

 

Futbolçunun bu cür ağır cəzaya məruz qalmasına səbəb qondarma Donets Xalq Respublikasının millisində forma geyinməsi olub.

 

Qeyd edək ki, əslən Donetskdən olan Sergey Artyux 2008-2009-cu illərdə "Simurq"da 34 oyuna 7, 2011-ci ildə "Turan"da 13 oyuna 5 qol vurub, 2012-ci ildə isə "Rəvan"da 8 matça çıxsa da, fərqlənə bilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar