<b>Azərbaycan <span style="color:red;">KUBOKU : "Qəbələ" səfərdə "İnter"i məğlub etdi</b>
30 mart 2017 19:14 (UTC +04:00)

Azərbaycan KUBOKU: "Qəbələ" səfərdə "İnter"i məğlub etdi

 

Futbol üzrə Azərbaycan kubokunun yarım final görüşü keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı “İnter”i doğma meydanda “Qəbələ”ni qəbul edib.

 

Oyuna daha yaxşı başlayan Roman Qriqoçukun yetirmələri oyunun 15-ci dəqiqəsində Daniel Subotiçin penalti qolu ilə irəli çıxıb.

 

“Qəbələ”lilərin qol sevinci çox çəkməyib. 3 dəqiqə sonra meydan sahibləri oyuna bərabərlik gətirib.

 

Birinci hissə bu hesabla başa çatıb. İkinci hissə başlar-başlamaz “qırmızı-qaralar”  Daniel Subotiçin qolu yenidən irəli çıxıb. Bu qol oyunda sonuncu olmayıb. Oyunun sonlarına doğru Pilip Ozobiç penaltidən fərqlənərək hesabı 1-3 edib.

 

Qeyd edək ki, yarımfinal digər oyunu bu gün “Bakcell Arena” keçiriləcək. “Neftçi” Ağdam “Qarabağ”ı qəbul edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Səlcuq Elçin

Oxşar yazılar