Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” səfərdə PAOK-la qarşılaşıb. Apasport.az "futbolinfo"ya istinadən xəbər verir ki, Saloniki təmsilçisini dəstəkləmək üçün tribunada öz yerini tutan azarkeşlərdən biri isə oyuna Ermənistan bayrağı ilə gəlib.
Stadion işçilərinin müdaxiləsindən sonra düşmən ölkənin bayrağı yığışdırılıb.
Qeyd edək ki, matç “Qarabağ” klubunun qələbəsi ilə (1:0) başa çatıb.