[b]Aloyan Olimpiya medalından məhrum edildi[/b]
09 dekabr 2016 05:52 (UTC +04:00)

[b]Aloyan Olimpiya medalından məhrum edildi[/b]

0

Rio-2016 Yay Olimpiya Oyunlarında Rusiyanı təmsil etmiş boksçu Mişa Aloyan dopinqə görə qazandığı gümüş medaldan məhrum edilib.

 

APA-nın “R-Sport”a istinadən verdiyi xəbərə görə, bu barədə İdman Arbitraj Məhkəməsinin (CAS) məlumatında bildirilir.  

 

Məlumata görə,  52 kq çəki dərəcəsində çıxış etmiş idmançıdan avqustun 21-də, yəni yarışların keçirildiyi dövrdə götürülən dopinq test qadağa olunmuş “tuaminogeptan” preparatına müsbət nəticə göstərib. Boksçunun olimpiadada əldə etdiyi bütün nəticələr ləğv ediləcək.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 764

Oxşar yazılar