Qabonda keçirilən futbol üzrə Afrika Millətlər Kubokuna yekun vurulub.
APA-nın məlumatına görə, final matçında Misir və Kamerun yığmaları üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Kamerun yığması Afrika Millətlər Kubokunun qalibi olub.
Kamerun tarixində 5-ci dəfə Afrika Kubokunu qazanıb. Son dəfə kamerunlular 2002-ci ildə qitənin ən nüfuzlu turnirinin qalibi olub.
Kamerun – Misir 2:1
Qollar: Nikolas Nkolu (59), Vensan Abubakar (88); Məhəmməd əl-Nenni (22)