İtaliya A seriyasında 37-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günü çempionun adına aydınlıq gətirib.
“Roma” ilə görüşdə 1 xal qazanan “Yuventus” qızıl medalları təmin edə bilib. Turinlilər sona 1 tur qalmış “Napoli”ni 4 xal qabaqlayır.
Neapol təmsilçisinin “Sampdoriya” üzərində səfər qələbəsi də çempionluq şansını qorumaq üçün yetərli olmayıb.
Beləliklə "Yuventus" ardıcıl 7-ci dəf İtaliya çempionu olub.
“Roma” – “Yuventus” - 0:0
“Sampdoriya” – “Napoli” - 0:2