[b]"Qəbələ" Futbol Akademiyası seçimlərə başladı[/b]
06 dekabr 2016 13:31 (UTC +04:00)

[b]"Qəbələ" Futbol Akademiyası seçimlərə başladı[/b]

 

“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda 25-26 dekabr tarixlərində 2000-2009-cu il təvəllüdlü futbolçular arasında keçiriləcək.

 

Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

 

Tel: 050 290 00 63, 055 511 39 65 
Email: [email protected]       
Seçim tarixləri: 
Qəbələ Şəhər Stadionu 
25 dekabr – 2000, 2001, 2002, 2003, 2004-cü il təvəllüdlü futbolçular 
26 dekabr – 2005, 2006, 2007, 2008, 2009-cu il təvəllüdlü futbolçular 

Seçimlər saat 10:00-da başlayacaq. İkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər. 

 

Əgər sən də özündə futbolçu istedadı hiss edirsənsə, seçimlərə qatıl. Qələbəyə “Qəbələ” ilə addımla!!!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar