Avropa Liqasının pley-off mərhələsində “Fənərbaxça”nın rəqibi İsveçrənin “Grasshoppers” klubu Türkiyəyə gəlmək istəmir.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, isveçrəlilər Türkiyədə baş verən qiyam, terror hadisələrindən sonra həmin ölkəyə gəlməkdə ehtiyat etdiklərini bildirib. Klubun prezidenti Stefan Anliker ümumilikdə 50 nəfərlik heyətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələb qoyub.
“Grasshoppers” klubu UEFA-ya Türkiyədəki oyunun başqa bir ölkədə keçirilməsi ilə bağlı müraciət edəcək.
Qeyd edək ki, Türkiyədə baş tutacaq oyun avqustun 18-də keçiriləcək.