Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisi klubla müqavilmə imzalamaq üçün İstanbula gedib. Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün portuqaliyalı baş məşqçi Vitor Pereyra ilə müqaviləni ləğv edən klub rəhbərliyi ardınca hollandiyalı məşhur baş məqçi Dik Advokaatla anlaşmışdı.
Hollandiya mətbuatına "Fənərbaxça" ilə anlaşdığını təsdiqləyən Advokaat klubla 1 illik müqavilə imzalayaq. O, "Fənərbaxça"nın tarixində 79-cu baş məşqçi olacaq.
**
15:58
Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Vitor Pereiranı rəsmən qovub.
Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı sarı-laciverdlilər bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Pereira və köməkçiləri özbaşına olaraq ölkələrinə qayıtmaları, komandanın məşqlərinə çıxmadıqları ilə bağlı klub baş məşqçi ilə arasında olan müqaviləyə xitam verib.