[b]Rio-2016: Elmar Qasımov Olimpiya çempionuna qalib gəldi[/b]
11 avqust 2016 17:42 (UTC +04:00)

[b]Rio-2016: Elmar Qasımov Olimpiya çempionuna qalib gəldi[/b]

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvü Elmar Qasımov da mötəbər turnirə start verib.

 

100 kq çəki dərəcəsində çıxış edəcək təmsilçimiz Olimpiadaya 1/16 final mərhələsindən başlayıb. Təmsilçimizin ilk rəqibi Taqir Xaybullayev olub. Elmar Olimpiya çempionuna heç bir şans verməyib. O, rəqibinə vazari və yuka xalları ilə qalib gəlib. Rusiya şidoda da "üstün" olub. Həmyerlimiz 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gələcək. Görüş saat 18:38-də başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

ApaSport TV

Oxşar yazılar