<b>“Qalatasaray”ın qadın basketbolçuları Avropa Kubokunu qazandı</b>
19 aprel 2018 00:31 (UTC +04:00)

“Qalatasaray”ın qadın basketbolçuları Avropa Kubokunu qazandı

İstanbulun “Qalatasaray” klubunun qadın basketbolçuları Avropa Kuboku turnirinin qızıl medalını qazanıblar.

 

Lent.az-ın “azərtac”a istinadən xəbərinə görə, istanbullular iki oyunluq final qarşılaşmasının cavab matçında İtaliyanın “Reyer” klubuna 65:72 hesabı ilə uduzsalar da, ilk oyundakı 90:68 hesablı qələbə sayəsində çempion olublar.

 

Bu il mübarizəyə Avropa Liqa turnirində başlayan “Qalatasaray” 14 qarşılaşmada 6 qələbə və 8 məğlubiyyətdən sonra Avropa Kuboku turnirində yarışmalı olmuşdu. “Qalatasaray”ın qadın basketbol komandası Avropa Kubokunun yarımfinalında İspaniyanın “Perfumerias Avenida” klubunu mübarizədən kənarlaşdırıb (69:62, 55:57).

 

Qeyd edək ki, bu, “Qalatasaray”ın Avropa Kuboku turnirində ikinci çempionluğudur. Klubun qadın basketbolçuları 2008-2009-cu il mövsümündə çempion adını qazanıblar. “Qalatasaray” 2013-2014-cü il mövsümündə isə Avropa Liqasının qalibi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar