"Atletiko" və “Barselona” 1/4 finalda
16 yanvar 2015 04:21 (UTC +04:00)

"Atletiko" və “Barselona” 1/4 finalda

0

İspaniya Kral Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azarkeşlər ötən gecə daha iki qarşılaşmaya şahidlik edib.

 

Belə ki, günün ən maraqlı matçı Madriddə baş tutub. Paytaxtın iki komandası - “Real” və “Atletiko” klubları üz-üzə gəlib. “Visente Kalderon” stadionunda reallaşan ilk görüşdə Dieqo Simeonenin yetirmələri yerli azarkeşləri sevindirdiyi (2:0) üçün növbəti mərhələyə keçmə şansı daha yüksəkdi idi ki, buna da nail olub. Hərəyə 2 top vuran madridlilər meydandan sülhlə ayrılıb. 2:2 hesabı ilə başa çatan oyundan sonra “Kral klubu” turnirlə vidalaşıb.

 

Digər görüşdə isə “Barselona” səfərdə “Elçe” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi ilk qarşılaşmada rəqibini 5 cavabsız qolla məğlub etdiyi üçün, cütün taleyi demək olar ki, həll olunmuşdu. Meydan sahiblərinin bu oyunda "Barsa"ya müqavimət göstərəcəyi, o qədər də inandırıcı görünmürdü. Daha çox gənc futbolçulara üstünlük verən Luis Enrikenin komandası bu dəfə rəqibini 0:4 hesabı ilə məğlub edərək, “Atletiko” ilə birgə adını 1/4 finala yazdırıb.

 

 

İspaniya Kral Kuboku

1/8 finalın cavab oyunları

15 yanvar

"Real" - "Atletiko" - 2:2

Qollar: Ramos, 20, Ronaldo, 54 - Torres, 1; 46 

(İlk oyun - 0:2)

 

“Elçe” - “Barselona” - 0:4

Qollar: Matyeu, 21, Roberto, 40, Pedro, 43-pen, Adriano, 90+2

(İlk oyun - 0:5) 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar