APA-nın məlumatına görə, həlledici görüşdə ötən mövsümün ölkə çempionu “Atletiko” klubu “Kral Kuboku”nun qalibi “Real”la üz-üzə gəlib.
Iki Madrid komandaları arasında keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1.
İkinci qarşılaşma isə "Atletiko" klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın 2-ci dəqiqəsində xorvatiyalı hücumçu Mario Mancukiç vurub.
Beləliklə, “Atletiko” tarixində ikinci dəfə İspaniya superkubokunu qazanıb.