Argentina yenə Messisiz qaldı
03 sentyabr 2016 00:30 (UTC +04:00)

Argentina yenə Messisiz qaldı

0

DÇ-2018-in seçmə mərhələsinin Venesuelaya qarşı səfər oyununda Argentina millisi Lionel Messinin xidmətindən istifadə edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna superulduzun zədələnməsi səbəb olub.

 

Bu barədə yerli mətbuata millinin baş məşqçisi Edqardo Bausa açıqlama verib. O, Messinin Venesuelayla səfər oyununda forma geyinməyəcəyini deyib: “Qasıq nahiyəsində olan zədəyə görə Messiyə istirahət verməliyik. Həkim müayinəsindən sonra bu qərara gəldik. O, qarşıdakı oyunda bizə kömək edə bilməyəcək”.

 

Qeyd edək ki, Amerika kubokunun finalında Çiliyə məğlubiyyətin ardından Messi milli karyerasını bitirdiyini açıqlamışdı. Ancaq sonradan baş məşqçi Bausa və komanda yoldaşlarının təkidiylə milliyə qayıdan Leo, DÇ-2018-in seçmə mərhələsinin Uruqvaya qarşı ev oyununda komandasına qələbə qazandıran qola imza atmışdı.

 

Venesuela - Argentina oyunu isə sentyabrın 7-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar