«Traktor» Ərdəbildə də Təbrizdəki kimi sevgi ilə qarşılanıb
16 iyun 2013 06:11 (UTC +04:00)

«Traktor» Ərdəbildə də Təbrizdəki kimi sevgi ilə qarşılanıb

Təbrizin futbol üzrə «Traktor» klubunun oyunçuları Ərdəbil əyalətində olublar.

 

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, onlar Güney Azərbaycan bu bölgəsinin görməli və turizm üçün əlverişli yerlərinə səyahət ediblər.

 

Tərəfdarları «Traktorçu»ları Səreyn şəhərinin girişində qarşılayıb.

 

Öz tərəfdarları tərəfindən belə coşqu ilə qarşılanması Səreynə gələn turistlərində böyük marağına səbəb olub. Futbolçular qaldıqları mehmanxanayadək yerli sakinlər tərəfindən müşayiət ediliblər.

 

«Traktor»sevərlər «Azərbaycan var olsun, istəməyən kor olsun!» şüarını söyləyiblər.

 

Mənbənin bildirdiyinə əsasən, onlar Güney Azərbaycanın bu bölgəsində bir neçə günlüyə istirahət edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088
avatar

Oxşar yazılar