Lider dəyişdi, Teymur Rəcəbov son pillədə “möhkəmləndi” - YENİLƏNİB
30 mart 2013 01:42 (UTC +04:00)

Lider dəyişdi, Teymur Rəcəbov son pillədə “möhkəmləndi” - YENİLƏNİB

 Londonda keçirilən İddiaçılar Turnirində daha bir tur arxada qalıb. Lent.az-ın məlumatına görə, 12-ci turda sürpriz hesablar qeydə alınıb.

 

Ən gözlənilməz nəticə lider Maqnus Karlsenin autsayderlər sırasında olan Vasili İvançuka ağ fiqurlarla uduzması olub. Görüş 7 saatdan çox – 90-cı gedişədək davam edib. Turnirdə uzun müddət liderlik edən Karlsen ən yaxın izləyicisi Vladimir Kramnikin qara fiqurlarla Levon Aronyanı yenməsindən sonra birinci pillədəki yerini əldən verib. Əvəzində Kramnik liderliyə yüksəlib. Elə buna görə də görüşdən sonra keçirilən mətbuat konfransında rusiyalı jurnalistlər İvançuku “günün qəhrəmanı” adlandırıblar.

 

Daha 2 görüşdə isə heç-heçə qeydə alınıb. Azərbaycan təmsilçisi Teymur Rəcəbov turnirdə ikinci qələbəsini qazanmağa yaxın olsa da, Aleksandr Qrişuk qara fiqurlarla 88-ci gedişdə heç-heçəyə nail olub. Bununla da sonuncu pillədəki Rəcəbov özündən irəlidəki İvançukdan 1,5 xal geridə qalıb və yarışı 8-ci pillədə başa vuracağı demək olar ki, dəqiqləşib. 

 

Maqnus Karlsen (Norveç) – Vasili İvançuk (Ukrayna) – 0:1

Boris Gelfand (İsrail) – Peter Svidler (Rusiya) – 0,5:0,5

Levon Aronyan (Ermənistan) – Vladimir Kramnik (Rusiya) – 0:1

Teymur Rəcəbov (Azərbaycan) – Aleksandr Qrişuk (Rusiya) – 0,5:0,5

 

1. Kramnik – 8; 2. Karlsen – 7,5; 3. Aronyan – 6,5; 4. Svidler – 6; 5-6. Gelfand, Qrişuk – hərəyə 5,5; 7. İvançuk – 5; 8. Rəcəbov – 4.

 

Növbəti tur martın 31-də olacaq: Kramnik – Gelfand, Rəcəbov – Karlsen, Qrişuk – Aronyan, Svidler – İvançuk. 

***

01.31

İddiaçılar Turnirində son görüş də başa çatıb. Yarışın lideri Maqnus Karlsen ağ fiqurlarla gözlənilmədən Vasili İvançuka uduzub. 7 saatdan da çox davam edən qarşılaşmanın 90-cı gedişində Karlsen təslim olub. Bununla da o, liderliyi rusiyalı Vladimir Kramnikə verib.

***

 

00.41

Turun daha bir görüşü başa çatıb. Teymur Rəcəbov ağ fiqürlarla Aleksandr Qrişuka qalib gələ bilməyib. 6,5 saatadək davam edən qarşılaşmanın sonunda heç-heçə qeydə alınıb. Rəcəbov fiqur üstünlüyünə malik olsa da, 87-ci gedişdə Qrişuk pata nail olub.

 

23.55

Iddiaçılar Turnirində daha bir görüş başa çatıb. Rusiyalı Vladimir Kramnik qara fiqurlarla ermənistanlı Levon Aronyanı yenməyi bacarıb. 62-ci gedişdən sonra təslim olan Aronyan turnirin qalibi olma şanslarını demək olar ki, itirib.

 

***

22.14

İddiaçılar Turnirində 12-ci turun görüşlərindən ilk olaraq, Boris Gelfand - Peter Svidler matçı yekunlaşıb. 41-ci gedişdə tərəflər "sülh"ə razılaşıblar.
***

22.02

Londonda şahmat üzrə İddiaçılar Turniri davam edir. Lent.az-ın məlumatına görə, martın 29-da 12-ci turun görüşləri keçirilir.

Azərbaycan təmsilçisi Teymur Rəcəbov blits şahmat üzrə 2012-ci ilin dünya çempionu, Rusiya yığmasının tərkibində 2 qat olimpiya və 2 qat dünya çempionu, 2011-ci il İddiaçılar Turnirinin finalçısı Aleksandr Qrişukdur. Rəcəbov ağ fiqurlarla oynadığından, turnirdə 2-ci qələbəsini qazanacağına ümid böyükdür. Təmsilçimiz buna nail olsa, xallarını 4,5-ə çatdıracaq və sonuncu pillədən qurtulmaq imkanı əldə edəcək. Amma bunun üçün 4 xalla 7-ci pillədə olan ukraynalı Vasili İvançuk qara fiqurlarla norveçli lider Maqnus Karlsenə uduzmalıdır.

Digər görüşlərə gəldikdə, ermənistanlı Levon Aronyan ağ fiqurlarla rusiyalı Vladimir Kramniki qəbul edir. 7 xala malik Kramnik ikinci pillədə qalmaq üçün özündən yarım xal geridə olan Aronyana uduzmamalıdır. Daha bir görüş isə 5 xala malik israilli Boris Gelfandla 5,5 xalla 4-cü pillədə olan Peter Svidler arasında keçirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar