«Oyunda çoxlu qol şanslarımız oldu. Ancaq bundan istifadə edə bilmədik, Şükürlər olsun ki, qələbə qazandıq. Amma hesab belə olmalı deyildi». Bu fikirləri apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Vüqar Nadirov deyib.
Lixtenşteyn yığmasına 1:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə start heyətində meydana çıxan hücumçu qol imkanlarının qaçırdığını bildirib: «Rəşad Sadiqov penalti zərbəsini vura bilməyəndə, bizdə ruh düşkünlüyü yaranmadı. Əksinə, biz onu dəstəklədik. İnşallah, gələcək oyunlarda qol şanlarımızdan istifadə edərək, inamlı qələbə qazanmağa çalışacağıq».