Türkiyə Superliqasında 20-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
"Kasımpaşa" evində "Elazığspor"un müqavimətini qıra bilməyib. Tərəflərin 90 dəqiqə ciddi cəhdlərinə baxmayaraq hesab açılmayıb – 0:0.
Doğma publika önündə "İstanbul BB"-ni qəbul edən "Antalyaspor" inamlı qələbə qazanıb. Fasiləyə qədər hesabı aça bilməyən meydan sahibləri istəyinə ikinci yarıda nail olub. 48-ci dəqiqədə Diarranın vurduğu qol antalyalılara 3 xal qazandırıb.
Turun mərkəzi oyunu isə Bursada baş tutub. Burada "Bursaspor" son ölkə çempionu və hazırkı lider "Qalatasaray"ı qonaq edib. Ötən tur “Beşiktaş”la (2:1) derbi matçında qələbə qazanan “Cim-Bom”, bu dəfə xal itkisi ilə üzləşib. Belə ki, ilk hissədə hərəyə bir dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb.
Beləliklə, "Qalatasaray" səfərdə 2 xal itirməsinə baxmayaraq yenə 37 xalla turnir cədvəlinin vahid lideridir.
Qeyd edək ki, Türkiyə Superliqasının 20-ci turuna bu gün keçiriləcək 4 oyunla yekun vurulacaq.
Türkiyə Superliqası
20-ci tur
1 fevral
"Beşiktaş" - "Karabükspor" - 2:2
Toraman, 16, Olcay Şahan, 58 – Əhməd İlhan, 63, Lualua, 69
"Akhisar Bələdiyyəspor" - "Kayserispor" - 1:2
Gekas, 43, Bobo, 50, Mouçe, 65
2 fevral
"Kasımpaşa" - "Elazığspor" 0:0
"Antalyaspor" - "İstanbul BB" 1:0
Diarra, 48
"Bursaspor" - "Qalatasaray" 1:1
Pinto, 18 – Umut, 29
3 fevral
"Orduspor" - "Gənclərbirliyi"
"Trabzonspor" - "Qaziantepspor"
"Əskişəhərspor" - "Mersin İdmanyurdu"
"Fənərbaxça" - "Sivasspor"