«Neftçi» - «Xəzər Lənkəran» oyunçuları arasında qalmaqal
28 may 2013 23:17 (UTC +04:00)

«Neftçi» - «Xəzər Lənkəran» oyunçuları arasında qalmaqal

Mayın 28-də futbol üzrə Azərbaycan Kubokunda "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında final matçı keçirilib. Lent.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun penaltilər seriyasında 5:3 hesabı ilə «Neftçi»nin xeyrinə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, oyundan sonra futbolçular arasında qalmaqal yaşanıb. Klub rəsmiləri meydana çıxaraq, olayın qarşısını almağa çalışıb. Hətta polislə yanaşı, Peşəkar Futbol Liqasının rəhbərliyi də insidentin böyüməsinə imkan verməməyə çalışıb. 

Qalmaqala səbəb “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçlə "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak arasında yaranmış mübahisə  olub.

Con Toşak meydana daxil olaraq Stamenkoviçə etirazını bildirib. Sonra serbiyalı qapıçı yaxınlaşaraq Toşakın əlini sıxıb.Ancaq bundan sonra  Stamenkoviçlə rəqib futbolçuları bir-birinin ünvanına təhqirlər yağdırıb. Nəticədə meydanda hər iki komandanın üzvləri arasında qarşıdurma baş verib. 

Müxbirimizin məlumatına əsasən, «Neftçi»nin idman direktoru Güloğlan  Cabbarov «Xəzər Lənkəran»ın məşqçisi Aleksii Plazanı vurub.Ondan başqa "Xəzər"-in oyunçusu Kamran Abdullazadə də döyülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1892
avatar

Oxşar yazılar