«Lev Yaşin haqqında film mən öləndən sonra çəkilə bilər»
01 may 2013 05:11 (UTC +04:00)

«Lev Yaşin haqqında film mən öləndən sonra çəkilə bilər»

«Dinamo» futbol klubu və keçmiş SSRİ yığmasının əfsanəvi  qapıçısı Lev Yashinin həyat yoldaşı Valentina Yashina əri haqqında bədii film çəkilməsinin qəti əleyhinə olduğunu bildirib.

 
Lent.az-ın məlumatına görə, o, «Dojd» telekanalına müsahibəsində deyib ki, bu, yalnız onun ölümündən sonra mümkün ola bilər.

Valentina Yaşina bunu əfsanvi sovet futbolçusu Vsevolod Bobrov haqqında çəkilmiş filmin çox pis olması ilə əsaslandıraraq, həmin kino-lentin  xoşuna gəlmədiyini deyib.

Rusiya prezidenti Vladimir  Putin isə bir müddət öncə, hökumətə iyulun 1-dək Lev Yaşin barəsində filmin çəkilməsinə baxılması haqqında göstəriş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019
avatar

Oxşar yazılar