Kataloniyanın «Barselona» futbol klubu növbəti «barış oyunu» keçirməyi planlaşdırır.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə,onların bu dəfəki rəqibi İsrail və Fələstin futbolçularından ibarət komanda olacaq.
Bu ideya İsrail prezidenti Şimon Pereslə klubun prezidenti Sandro Rosselin ölkəyə səfəri zamanı müzakirə edilib.
Oyun bu il iyulun 31-də Təl-Əvivdə keçirilməsi nəzərdə tutulub.