“Zenit” 18:0 uddu, Ramil 2 qol vurdu
17 yanvar 2015 10:45 (UTC +04:00)

“Zenit” 18:0 uddu, Ramil 2 qol vurdu

0

Təlim-məşq toplanışını Qətərdə davam etdirən “Zenit” tarixi qələbəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburq təmsilçisi yerli “Maliya” klubu ilə qarşılaşıb.

 

Matçda ruslar rəqibini darmadağın edib. Görüş 18:0 hesabı ilə “Zenit”in xeyrinə tamamlanıb.

 

Sankt-Peterburqluların heyətində Andrey Arşavin, Denis Tkaçuk, Ramil Şeydayev dubl, Oleq Şatov, Domeniko Krişito və Salomon Rondon het-trik edib. Digər qolları Netu, Aleksandr Kerjakov, Halk, Ryazantsev və Timoşuk vurublar.

 

Qeyd edək ki, Ramil Şeydayev 1996-cı ildə Sankt-Peterburqda anadan olan Azərbaycan əsilli futbolçudu. “Zenit”in yetirməsi olan 18 yaşlı hücumçunun adı milli komandamızla hallanır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 391

Oxşar yazılar