APA-nın məlumatına görə, saytın köşə yazarı Mauro Sarrica özəl mənbələrə istinadən “Yuventus”un baş məşqçisi Antonio Kontinin gələn mövsüm Fernando Lloriyentenin yanına daha bir hücumçu almaq istədiyini yazıb. Müəllif Kontinin artıq transfer siyahısı hazırladığını bildirir. Luis Suaresin “Bavariya”ya transfer olma ehtimalı yüksək olduğundan Konte klub rəhbərliyinə Burak Yılmazın transferi ilə bağlı danışıqlara başlamağı təklif edib.
Mauro Sarrica “Yuventus”un Burak Yılmaz üçün “Galatasaray”a 18 milyon avro təklif etməyə hazırlaşdığını yazır. Bundan başqa klub Burak Yılmaza illik 3 milyon avro ödəmək niyyətindədir.