“Yuventus”  “Real”ın futbolçusuna 90 milyonluq təklif etdi
24 dekabr 2016 16:32 (UTC +04:00)

“Yuventus” “Real”ın futbolçusuna 90 milyonluq təklif etdi

0

 

Madrid “Real”ının və Almaniya yığmasının futbolçusu Toni Kroos karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə “Yuventus” yaxından maraqlanır.

 

Turin klubu Kroosu nəyin bahasına olursa-olsun, heyətinə qatmaq arzusundadı. Onlar bu keçidin baş tutması üçün 90 milyon avro xərcləməyə hazırdılar.

“Qoca sinyora”nın tezliklə qarşı tərəfə rəsmi təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, 2014-cü ildən “Real”ın formasını geyinən Kroos “Qalaktikos”un heyətində ümumilikdə 119 oyunda 4 qola imza atıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar