“Xəzər Lənkəran”ın yeni baş məşqçisi müəyyənləşdi
23 dekabr 2014 18:36 (UTC +04:00)

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi müəyyənləşdi

0

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandanı mövsümün ikinci yarısında Elbrus Məmmədov çalışdıracaq.

 

Belə ki, klub rəhbərliyi istefa verən türkiyəli Oğuz Çətinin yerinə kənardan mütəxəssis dəvət etməyi lazım bilməyib. Bu üzdən əvəzedici komandanın baş məşqçisi əsas heyətin “sükanı arxasına” keçəcək.

 

Əvəzedicilərin çempionatında komandasını q”qış çempionluğu”na daşıyan çalışdırıcı ilə klub rəhbərliyi arasında razılıq əldə olunub. Yeni baş məşqçinin təyinatı isə yaxın günlərdə rəsmiləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar