“Xəzər Lənkəran”ın sabiq hücumçusu rəsmən “Qarabağ”da
28 fevral 2013 18:12 (UTC +04:00)

“Xəzər Lənkəran”ın sabiq hücumçusu rəsmən “Qarabağ”da

Ağdamın “Qarabağ” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Lent.az-ın məlumatına görə, nigeriyalı hücumçu Emeka Opara ilə 1,5 illik müqavilə bağlanılıb.

29 yaşlı forvard əvvəllər də Azərbaycan Premyer Liqasında çıxış edib. O, 2010-cu ilin yanvarından 2012-ci ilin yanvarınadək “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Opara Nigeriyanın “Enugu Reyncers”, Tunisin “Sahel”, Almaniyanın “Kayzerslautern” və Küveytin “Əl-Naser” klublarında da çıxış edib. O, son klubu “Əl-Naser”dən qarşılıqlı razılıq əsasında ayrılaraq, “Qarabağ”a azad agent kimi keçib.  

 

 

Opara yeni klubunun rəsmi saytına açıqlamasında “Qarabağ”a çempionluq üçün gəldiyini bildirib: “Təklif gələndə düşünmədən razılaşdım. Hələ bir neçə il öncə Azərbaycanda çıxış etdiyim vaxt “Qarabağ”ın oyun üslubu o dəqiqə hiss olunurdu. Bəlli sistemə malik komandada oynamaq futbolçu üçün rahatlıqdır. Bilirəm ki, “Qarabağ” çempionluq üçün mübarizə aparır. Hazırda liderdən 3 xal geridə qalırıq. Bu fərqi aradan qaldırmaq mümkündür. Azərbaycan çempionatının səviyyəsinə bələdəm. Burda yaxşı oynamaq üçün nələrin lazım olduğunu bilirəm. Komandanın heyətindəki futbolçulardan çoxunu tanıyıram. “Qarabağ”la uğur qazanmaq üçün gəlmişəm. Böyük bir camiənin  sevilən bir hissəsi olmaq istəyirəm. Bunun üçünsə meydanda can qoymaq lazımdır. Bəli, “Qarabağ”a çempionluq üçün gəlmişəm. İnanıram ki, mayda qızıl medalları məhz “Qarabağ” boynundan asacaq”.

 

Qeyd edək ki, “Qarabağ” qış transfer dövründə Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiç və Reynaldo ilə də müqavilə bağlayıb.

 

# 1309
avatar

Oxşar yazılar