“Xəzər Lənkəran”ın mətbuat katibi cəzalandı
15 aprel 2014 13:26 (UTC +04:00)

“Xəzər Lənkəran”ın mətbuat katibi cəzalandı

AFFA İntizam Komitəsinin növbəti iclasında Topaz Premyer Liqasının XXX turu ilə bağlı qərarlar çıxarılıb. Lent.az-ın məlumatına görə, ən sərt cəzalar “Bakı” – “Xəzər Lənkəran” matçı ilə əlaqədar olub.

 

Oyunun 62-ci dəqiqəsində “Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatake idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzaya, klub 200 manat cəriməyə məruz qalıb. 90+2-ci dəqiqədə “Bakı”nın azarkeşləri meydançaya kənar əşyalar atdıqları üçün klub 2000 manat cərimələnib. Qarşılaşmanın ardından “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimələnib.

 

Digər cəzalara gəldikdə, “Qarabağ”la matçın 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.

 

Nəhayət, “Neftçi” ilə matçda 4 futbolçusu sarı vərəqə alan “İnter”ə və “Qəbələ” ilə görüşdə 6 futbolçusu sarı vərəqə alan AZAL-a 1000 manat cərimə kəsilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512
avatar

Oxşar yazılar